Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu “Reuters”in siyasi eksperti Karlos Barriya bildirib.
Qeyd olunub ki, Tramp özü də istəmədən NATO və Rusiya ilə münasibətləri yaxşılaşdırdı. Bəs buna səbəb nə idi?
“Tramp NATO sammitindən və Putinlə görüşdən öncə hər iki tərəf üçün olduqca kəskin ifadələr işlədirdi. Lakin biz sammitdə bənzər vəziyyətlə qarşılaşsaq da, Putinlə görüşdə bunun təmamilə əksini gördük. Bu göstərir ki, Trampın siyasi müşaviri Con Bolton daha öncə Moskvaya etdiyi səfərdə təmamilə başqa istiqamətli müzakirələr aparıb. Bu göstərir ki, ABŞ prezident administrasiyasında heç də başçı Donald Tramp deyil. Siz bunun bənzər nümunəni Kosmik Qüvvələrlə bağlı müzakirələrdə də görə bilərsiniz. Ceyms Mettis sonda təklifin qəbul edilməsinə baxmayaraq Kosmik Qüvvələrin formalaşdırılmasına kəskin şəkildə qarşı idi. Demək ki, hökumət daxilində kifayət qədər müzakirələr aparılmır və koordinasiya mövcud deyil. Lakin qeyd etməliyəm ki, Mettis, Pompeo, Bolton triosu da ən azı Tramp qədər önəmli fiqurlardır”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az